“Dörd ildən çoxdur “Qarabağ”ı tərk etməyimə baxmayaraq, hələ də özümü bu ailənin bir üzvü kimi hiss edirəm”. Bunu futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli deyib.

40 yaşlı keçmiş müdafiəçi “Qarabağ”ı heç vaxt unutmayacağını bildirib: “Keçmiş komanda yoldaşlarımla, məşqçilərimlə tez-tez danışıram, azarkeşlərdən hər gün xoş mesajlar alıram. Orada yaşadığım gözəl xatirələrə görə hər kəsə təşəkkürümü bildirirəm. Bu klub həmişəlik yaddaşıma həkk olub”.

Albaniyalı gənc mütəxəssis Ağdam klubunun bu mövsüm də Premyer Liqa çempionluğuna şübhə etmədiyini bildirib: “Biz məğlubedilməz komandadan bəhs edirik. Üstəlik, ən yaxın izləyicisini də xeyli qabaqlayır. Göstərdiyi oyunla və nəticələri ilə “Qarabağ” bu mövsüm də çempionluğa layiqdir. Bunun əksi olacağını düşünmürəm”.

O, qış fasiləsində “Qarabağ”a keçən həmyerlisi Redon Cicanın gələcəkdə komandaya daha çox fayda verəcəyinə inanır: “Cicanı yaxşı tanıyıram. O, yalnız xoş sözlərə layiqdir. Redon Albaniyadakı performansı ilə diqqət çəkdi. Əminəm ki, bu parlaq çıxışını “Qarabağ”da da davam etdirəcək. Sadəcə, komandaya, yeni mühitə uyğunlaşmaq üçün zamana ehtiyacı var. “Qarabağ” Redon üçün bir şansdır, bundan yararlanmalıdır”.

Qeyd edək ki, Ansi Aqolli 2010-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib, 6 dəfə (2013-14, 2014-15, 2015-16, 2016-17, 2017-18, 2018-19) Azərbaycan Premyer Liqasının qalibi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp