“US Open”in qalibi, dünyanın sabiq bir nömrəli tennisçisi Karlos Alkarasın yarışlara dönəcəyi müddət məlum olub. İspaniya mətbuatının məlumatına görə, 19 yaşlı idmançı Barselonada keçiriləcək turnirə qatılacaq.

Xatırladaq ki, aprelin 17-dən 23-dək Kataloniya paytaxtında ATP-500 seriyalı turnir baş tutacaq. Alkaras ötən il həmin turnirin qalibi olmuşdu.

Ötən ay dünya reytinqində 1-ci olan Alkaras hazırda Novak Cokoviçdən sonra 2-ci sıradadır. İspan tennisçi Monte-Karloda keçirilən turnirin yarımfinalında Yannik Sinnerlə qarşılaşmada onurğasında ağrı hiss etmişdi. Bundan əlavə, onun sol əlində zədəsonrası artrit də var idi. Məhz italyan tennisiçiyə məğlubiyyətdən sonra Alkaras dünya reytinqində 1-ci yerini itirmişdi.

“Marca”nın məlumatına görə Alkaras cümə günü məşqlərə dönüb və özünü pis hiss etmir. İlkin versiyaya görə, Karlos aprelin 13-dən etibarən artıq Barselonada olacaq.

Əlavə edək ki, “Rolan Qarros”a qədər dünyanın müxtəlif yerlərində ATP-nin turnirləri keçirilir. ABŞ-ın Hyuston şəhərində təşkil edilən turnir bu gecə başa çatıb. Yarışın qalibi argetinalı Tomas Martin Etçeverrini hər iki setdə tay-brekdə məğlub edən yerli tennisçi Frensis Tiafo olub.

dbaaad82 05e9 49cc b6be d4663f75f7a3 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp