17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 12-dən 15-dək Bakıda, 16-dan 21-dək isə Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təlim-məşq toplanışı olacaq.

Futbolinfo.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Ayxan Abbaszadə – Turan Tovuz
  2. Həbib Hüşənov – Qəbələ
  3. Tuncay Əhmədov – Sabah
  4. Firudin Kişiyev – EFA
  5. Əhməd Tarverdiyev – Sabah
  6. Səmid Əhmədov – Qəbələ
  7. Vüsal Paşayev – Sumqayıt
  8. Nadir Orucov – Sumqayıt
  9. Rəşad Alışov – Sabah
  10. Ramin Əvəzov – Sabah
  11. Ömər Kərimov – Qəbələ
  12. Babamirzə Mehdiyev – Sabah
  13. Anar Hüseynov – Sabah
  14. Ziya Şəkərxanov – Qəbələ
  15. Elnur Cabbarlı – Sumqayıt
  16. Sadiq Məmmədli – Neftçi
  17. Ömər Nəsibov – Neftçi
  18. Amin Muradov – Neftçi
  19. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
  20. Hikmət Cəbrayılov – Qarabağ
  21. İslam İsmayılzadə – Səbail
  22. Amid Qasımov – Qarabağ
  23. Röyal Fərzullazadə – Neftçi
  24. Ümid Səlimov – Şamaxı
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp