Avropa Liqasında həftənin futbolçusu bəlli olub.

Futbolinfo.az xəbər verir ki, 1/4 finalın ilk oyunları çərçivəsində keçirilən matçların ardından İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Marsel Zabitser həftənin ən yaxşısı seçilib.

Avstriyadan olan 29 yaşlı futbolçu İspaniyanın “Sevilya” komandası ilə 2:2 hesablı heç-heçə etdikləri oyunda iki qola imza atıb.

Həftənin ən yaxşısı oyunçusu adına Orkun Kökçü (“Feyenoord”, Niderland), Federiko Qatti (“Yuventus”, İtaliya) və Viktor Bonifase (“Yunion”, Belçika) də namizəd idilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp