Avropa Konfrans Liqasında həftənin futbolçusu bəlli olub.

Futbolinfo.az xəbər verir ki, 1/4 finalın ilk oyunları çərçivəsində keçirilən matçların ardından “Bazel”in (İsveçrə) hücumçusu Zeki Amduni həftənin ən yaxşısı seçilib.

İsveçrədən olan 22 yaşlı forvard “Nitsa” (Fransa) ilə oyunda (2:2) dubl müəllifi olub.

Həftənin ən yaxşı oyunçusu adına Terem Moffi (“Nitsa”, Fransa), Alessio Kastro-Montes (“Gent”, Belçika) və Nikola Milenkoviç (“Fiorentina”, İtaliya) də namizəd idilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp