PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Fransa çempionatının 31-ci turunun “Lans”la görüşündə komandasına kömək edə bilməyəcək.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu bud nahiyəsindən zədələndiyi üçün bu matçı buraxacaq.

Paris təmsilçisinin zədəli futbolçuları arasında Neymar, Presnel Kimpembe, Nordi Mukiele və Renato Sançes də var.

PSJ – “Lans” görüşü bu gün saat 23:00 start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp