Avropa Liqasının 1/4 finalının “Sevilya” ilə ilk qarşılaşmasında (2:2) zədələnərək meydanı tərk edən “Mançester Yunayted”in müdafiəçiləri Rafael Varan və Lisandro Martines növbəti oyunlarda komandarına kömək edə bilməyəcəklər.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu Varan bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Argentinalı oyunçunun durumu isə daha ciddidir. Ayağı sınan futbolçu üçün mövsüm erkən bitib. Onun növbəti mövsümün əvvəlinə kimi zədəsini bərpa etməsi gözlənilir.

29 yaşlı Varan cari mövsümdə bütün turnirlər daxil olmaqla “qırmızı şeytanlar”ın heyətində 30, Martines isə 45 oyuna çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp