“Vest Hem”in hücumçusu Canluka Skamakka sosial şəbəkə hesabında paylaşım edib.

Futbolinfo.az xəbər verir ki, dizindən əməliyyat olunan forvard bu barədə aşağıdakı sözləri yazıb:

“Əməliyyat olundum. Şübhə etmirəm ki, əvvəlkindən daha güclü qayıdacağam”.

24 yaşlı futbolçu mövsümün qalan hissəsində “çəkicdöyənlər”ə kömək edə bilməyəcək.

O, cari mövsümdə İngiltərə Premyer Liqasında 27 oyuna çıxıb və 8 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp