Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 26-cı turunun iki oyunu baş tutub.

Futbolinfo.az xəbər verir ki, günün ilk oyununda çempionatın liderləri – “Sabah” və NTD komandaları üz-üzə gəliblər.

Son dəqiqəyə qədər davam edən mübarizənin sonunda “Sabah” basketbolçuları 75:70 hesablı qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsinə yüksəliblər.

Ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (17 xal, 12 ribaund), NTD-dən isə Londel Kinq (23 xal, 10 ribaund) olublar.

Günün ikinci oyunu “AAAF Xırdalan” və “Sərhədçi” basketbolçuları arasında keçirilib. Bu önəmli oyunda 96:89 hesablı qələbə qazanan “AAAF Xırdalan” pley-off mərhələsinə vəsiqəni təmin edib.

Ən məhsuldar basketbolçular “AAAF Xırdalan”da Devin Pullum (27 xal, 3 ribaund), “Sərhədçi”də isə Trevor Blekmon (27 xal, 9 ribaund) olublar.

Bu nəticələrdən sonra “Sabah”, NTD, “Gəncə” və “AAAF Xırdalan” pley-off mərhələsinə vəsiqəni təmin ediblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp