Almaniya Bundesliqasında 28-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 5 görüş baş tutub.

Lider “Bayern” doğma meydanda “Hoffenhaym”la qarşılaşıb. Münhen təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb. “Köln” – “Maynts” və “Ayntraxt” – “Borussiya” (Mönhenqladbax) oyunlarında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Bol qollu “Ştutqart” – “Borussiya” (Dortmund) matçında da qalib müəyyənləşməyib. “Leypsiq” isə evdə “Auqsburq”a qalib gəlib.

Almaniya Bundesliqası
28-ci tur

14 aprel

Şalke – Herta 5:2
Qol: Skarke, 3. Bulter, 13; 78. Terodde, 48. Kaminski, 90+2 – Yovetiç, 45+3. Rixter, 84.

15 aprel

Bayern – Hoffenhaym 1:1
Qol: Pavar, 17 – Kramariç, 71.

Köln – Maynts 1:1
Qol: Lyubiçiç, 51 – Ayorke, 17.

Leypsiq – Auqsburq 3:2
Qol: Kampl, 10. Verner, 32; 35 – Mayer, 5. Varqas, 82.

Ştutqart – Borussiya (Dortmund) 3:3
Qol: Kulibali, 78. Vaqnoman, 84. Silas, 90+7 – Haller, 26. Malen, 33. Reyna, 90+3.

Ayntraxt – Borussiya (Mönhenqladbax) 1:1
Qol: Muani, 83 – Hofmann, 13.

16 aprel

17:30. Verder – Frayburq
19:30. Union Berlin – Bohum
21:30. Volfsburq – Bayer

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp