Bu gün Misli Premyer Liqasında XXX tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Şamaxı” doğma meydanda “Sumqayıt”la üz-üzə gələcək.

Turun son matçında isə lider “Qarabağ” əsas izləyicisi “Sabah”ın qonağı olacaq.

Xatırladaq ki, daha öncə “Zirə” “Səbail”lə (3:1), “Kəpəz” isə “Turan Tovuz”la (1:0) ev oyunundan qalib ayrılıb. “Neftçi” isə “Qəbələ”yə 1:2 hesabıyla uduzub.

Misli Premyer Liqası
XXX tur
16 aprel

“Şamaxı” – “Sumqayıt”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Şamaxı şəhər stadionu, 16:00.

“Sabah” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
Masazır. “Bank Respublika Arena”, 19:00.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp