Bu gün Astara Olimpiya İdman Kompleksində Basketbol Liqasının 26-cı turunun bağlanış oyunu baş tutub.

Futbolinfo.az xəbər verir ki, “Zirvə Astara” doğma divarlar arasında region təmsilçisi “Olimpik Şəki” ilə qarşılaşıb.

Oyuna üstün başlayan “Zirvə Astara” rəqibi üzərində 92:82 hesablı qələbə qazanıb.

Ən məhsuldar basketbolçular “Zirvə Astara”da Cerret Henderson (26 xal, 14 ribaund), “Olimpik Şəki”də isə Larri Robinson (27 xal, 9 asist) olublar.

Xatırladaq ki, 27-ci turun oyunları 19-23 aprel tarixləri aralığında baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp