Qazaxıstanın paytaxtında dünya şahmat tacı uğrunda mübarizə davam edir. Bu gün qrossmeysterlər 6-cı dəfə üz-üzə gəliblər.

Dünən qazandığı qələbədən sonra Yan Nepomnyaşi hesabda 3:2 öndə idi. Bu gün isə Din Lijen ağlarla oynayıb. 20-ci gedişdən sonra üstünlüyünü artırmağa başlayan çinli qrossmeyster rəqibi səhv etməyə məcbur edib. Nepomnyaşinin 24-cü gedişdə fili c2-yə oynamasından sonra Dinin hücumu bir qədər də kəsərli olub. Nəticədə 31-ci gedişdə Lijenin üstünlüyü şahmat təbirincə +1,9 olub.

Lakin çinli şahmatçının topla c5 gedişi uğursuz alınıb. Rusiyalı qrossmeysterə həmin gediş şans verib. 42-ci gedişdə ağların vəzirlə c7-yə oynaması hətta mat təhlükəsi yaradıb. Son gücüylə müdafiə olunan Nepomnyaşi çarəsiz vəziyyətdə olduğunu anlayaraq təslim olub.

Beləliklə, 6 partiyadan sonra hesab bərabərdir – 3:3.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp