Azərbaycan kuboku uğrunda növbəti yarımfinal matçı sabah baş tutacaq. “Neftçi” cavab oyunu öncəsi üstünlük qazanmaq üçün Tovuzda yaxşı nəticə əldə etməyə çalışacaq.

Mövsümü titulla başa vurmaq üçün bütün ümidini ölkə kubokuna bağlayan bakılılar üçün həlledici məqam yetişib. Premyer Liqanın son turunda “Qəbələ”yə ev məğlubiyyətindən sonra 2-ci pillədən də xeyli uzaq düşən “ağ-qaralar”ın uğur qazanmaqdan başqa yolu yoxdur.

“Neftçi” Tovuza bu gün yollanacaq. Məşq etdikdən sonra səfərə çıxacaq komanda səfərə tam heyətlə yollanır.

“Turan Tovuz” – “Neftçi” oyunu sabah saat 16:00-da start götürəcək.

Shares: