“Turan Tovuz” “Neftçi” ilə oyunda iki futbolçusunun xidmətindən yararlana bilməyəcək. Tərlan Əhmədli və Ehtiram Şahverdiyev sabahkı matçda meydanda olmayacaq.

Futbolinfo.az xəbər verir ki, hər iki oyunçu cəza üzündən kənarda qalacaq. Onlar Tovuz şəhər stadionunda baş tutacaq Azərbaycan kubokunun ilk yarımfinal görüşündə “Neftçi”yə qarşı oynamayacaq.

Qərblilərin zədəli oyunçularla bağlı problemi yoxdur. Son məşqdə problem yaranmazsa, meydan sahibləri bakılılara qarşı mübariz heyətlə oynayacaq.

Shares: