“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borgesin vəziyyəti ürəkaçan deyil. “Qarabağ”ın sabiq futbolçusunun nümayəndəsi Helsio Alisk braziliyalının vəziyyəti barədə danışıb.
O, dünən “Spartak”la matçda beyni silkələnən oyunçu haqda deyib: “Mən Kadinin həyat yoldaşı ilə danışdım. O, futbolçunun hazırda xəstəxanada həkimlərin nəzarətində olduğunu deyir. Ən əsası odur ki, Kadinin şüuru özündədir. Lakin zədəsinin xarakteri hələ məlum deyil”.
Rusiya mətbuatı isə 27 yaşlı oyunçunun göz yuvasının xarici aşağı divarının qapalı sınığı ilə yerdəyişməsi, sağ üst çənəsinin arxa divarının qapalı sınığı, sağ ziqomatik qövsün sınığı, eləcə də sağtərəfli üst çənənin sınığı diaqnozu qoyulub.
“Matç TV”nin məlumatına görə, braziliyalı bu mövsümün bütün matçlarını buraxmaq riski daşıyır.