“Düşünürəm ki, Bakı bizim bolidimizin imkanlarına uyğun trekdir”. Bunu “Formula 1” üzrə dünya çempionatında çıxış edən “Williams” komandasının direktoru Ceyms Voulz yarışın rəsmi saytına açıqlamasında deyib.
44 yaşlı funksioner Azərbaycan Qran-prisinin hər birində xallar uğrunda mübarizə apardıqlarını bildirib: “Sadəcə, əvvəlki yarışlardan hər şeyi öyrəndiyimizə əmin olmalıyıq. Qarşıdakı həftəsonunda əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə baş tutacaq.