Avropa Cüdo Birliyinin təqviminə görə 29-30 apreldə Gürcüstanın Qori şəhərində yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, turnirdə 16 ölkədən 324 idmançı iştirak edəcək.

Azərbaycan yarışda 2 çəki dərəsində 4 cüdoçu ilə təmsil olunacaq. Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçisi Emin İskəndərov rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimləri Arzu Acalova və Fariz Hüseynov ədalət təmsilçiləri arasında yer alacaq.

-50 kq
Nəcəf Nəsrullayev
Bahadir Feyzullayev

-66 kq
Cəsur İbadlı
Səlim Sultanov

Shares: