Yayda bir neçə futbolçusunu satmaq niyyətində olan “Brayton” onları əvəz edəcək namizədləri nəzərdən keçirir. İngiltərə klubu sonradan digər klublara göndərərək pul qazanmaq üçün gənc istedadlar axtarır.
Futbolinfo.az xəbər verir ki, klub belə bir oyunçu tapıb. “Uotford”un braziliyalı hücumçusu Joao Pedro tezliklə “Brayton”a keçəcək. Tərəflər prinsipial razalılq əldə edib. Oyunçu ilə şəxsi müqavilənin detalları da razılaşdırılıb və mövsüm bitən kimi transfer rəsmiləşəcək.
“Uotford” bu futbolçunu 2020-ci ilin yanvarında 11,5 milyon avro qarşılığında “Fluminense”dən transfer etmişdi. 21 yaşlı oyunçunun 2028-ci ilədək müqaviləsi var və 24 milyon avro qarşılığında “Brayton”a keçəcək.