“Atletiko”nun keçmiş hücumçusu Fernando Torres gələn mövsümdən Madrid klubunun əvəzedici komandasının baş məşqçisi olacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

39 yaşlı mütəxəssis əvvəllər – 2021-ci ilin iyunundan “Atletiko”nun gənclər komandasının məşqçisi vəzifəsində çalışıb.

Torres “Atletiko”nun yetirməsidir. Keçmiş hücumçu futbolçu karyerası ərzində İngiltərənin “Liverpul”, “Çelsi”, İtaliyanın “Milan” və Yaponiyanın “Saqan” Tosu klublarında çıxış edib. Torres 2019-cu ildə karyerasını bitirib.

Torres İspaniya millisinin heyətində ikiqat Avropa çempionu (2008 və 2012) və dünya çempionudur (2010).

Shares: