Prezident İlham Əliyev ağır atletika üzrə Ermənistanda keçirilən Avropa çempionatında medal qazanan türkiyəli atletlər – Cansu Bektaş, Qamze Altun və Nuray Güngör “Tərəqqi” medalı ilə təltif edib.
Futbolinfo.az xəbər verir ki, ölkə başçısı bununla bağlı sərəncam imzalayıb.
Adıçəkilən türkiyəli idmançılar İrəvanda qazandıqları medalları Azərbaycana həsr etdiklərini yarışdan dərhal sonra verdikləri müsahibələrdə açıqlamışdılar.