“Real” zədə üzündən Luka Modriçi itirib. Xorvat yarımmüdafiəçi son La Liqa matçında sol ayaq əzələsini zədələyib. O, azı 2 həftə məşqlərdən kənar qalacaq.

Futbolinfo.az xəbər verir ki, madridlilər iki önəmli matçda Modriçin xidmətindən məhrum olacaq. “Real” mayın 6-da İspaniya Kuboku uğrunda final görüşündə “Osasuna” qarşına onsuz çıxacaq. 3 gün sonra “Mançester Siti” ilə Çempionlar Liqasının ilk yarımfinal matçında da Luka olmayacaq.

“Real”ın baş məşqçisi Karlo Ançelotti klubun açıqladığı məlumatı təsdiqləyib: “Onun finalda olmayacağı dəqiqdir. Sonra necə olacağına baxacağıq. Lakin onun sağlamlığını riskə atmaq niyyətində deyilik”.

Shares: