Joze Mourinyo mətbuat konfransına qatılmaqdan imtina edib. “Roma”nın baş məşqçisi “Milan”la oyunöncəsi jurnalistlərin önünə çıxmayacaq.
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu addımı vacib matçöncəsi komanda ilə birlikdə omaq məqsədi ilə atıb. O, fikrini yayındırmaq istəmir və vacib qarşılaşmaya daha yaxşı hazırlaşmaq niyyətindədir. Vaxtını klub bazasında keçirəcək Mourinyo yetirmələrini oyuna kökləmək niyyətindədir.
“Roma” “Milan”ı şənbə günü qəbul edəcək. Hər iki komanda Çempionlar Liqasına vəsiqə üçün yarışır. 31 oyuna 56 xal toplayan rəqiblər hazırda 4-5-ci pillələri bölüşür. Onları 54 xalı olan “İnter” təqib edir.