Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı başa çatıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayıb.
Körpücük üzərinə son olaraq 81, 89, 96, 102, 109 və +109 kq çəki dərəcələrində yarışan atletlər çıxıblar.
81 kq çəki dərəcəsində Füqan Əliyev toplam 316 kq (140+176) nəticə ilə qızıl medal qazanıb. Bununla yanaşı, o bu çəki dərəcəsində 3 rekord yeniləməyi bacarıb. Birdən qaldırma hərəkətində 140 kq, təkanla qaldırma hərəkətində 176 kq, toplamda isə 316 kq-lıq nəticələr yeni Azərbaycan rekordlarıdır.
Digər çəkilərdə müvafiq olaraq toplam 283 kq (130+153) nəticə ilə Əli Quliyev, toplam 280 kq (125+155) nəticə ilə Elşən Şərifov, toplam 240 kq (105+135) nəticə ilə Fuad Hümmətli, toplam 315 kq (140+175) nəticə ilə German Xaçmazov və toplam 300 kq (140+160) nəticə İsmayıl Qurbanov qalib adını qazanıblar.