Aprelin 30-da Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında “Çempionlar” turniri start götürəcək.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanı ənənəvi yarışda iki komanda təmsil edəcək.

Sərbəst güləş üzrə millimiz böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında aşağıdakı heyətlə çıxış edəcək:

57 kq. Ruslan Abdullayev
61 kq. Ceyhun Allahverdiyev
65 kq. Ramik Heybətov
70 kq. Cavidan Əhmədov
74 kq. Əkbər Vəliyev
79 kq. Sadiq Mustafazadə
92 kq. Rəvan Musayev
97 kq. Zəfər Əliyev

Qadın güləşçilərin yarışında isə məşqçi Rövşən Umudovun rəhbərliyi altında aşağıdakı güləşçilər mübarizə aparacaq:

50 kq. Elvina Kərimzadə
53 kq. Gültəkin Şirinova, Əsmər Cankurtaran
55 kq. Ruzanna Məmmədova
57 kq. Nərgiz Səmədova
73 kq. Mərziyə Sadıqova

Mayın 2-dək davam edəcək yarışda beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev də ədaləti qoruyacaq.

Shares: