“Pirelli” şirkətinin hesablamalarına görə, Bakıda strategiya 1 pit-stopdan ibarət olacaq. Onların fikrincə, 13-18-ci dövrələr aralığında “Medium”dan “Hard”a keçmək ən ideal taktikadır. 8-13-cü dövrələr arasında “Soft” təkərlərdən “Hard”a keçid isə daha yavaş strategiya sayılır.

Mario İzola, Pirelli: “Həftəsonunun yeni formatı mərhələni bir qədər fərqli edib. Biz sprintdə maraqlı mübarizə gördük. Arxa sıralarda qərarlaşan və xal uğrunda mübarizədən uzaqda olan sürücülər təkərlərlə işləməyi üstün tutdular. Bir çox pilot “Medium” təkərlərdən istifadə etdi. Görünən odur ki, bu təkər tərkibi uzun məsafədə sürətin qorunmasına imkan verir.
Fikrimcə, komandalar bir pit-stoplu strategiyaya üstünlük verəcək. 18 pilotun ixtiyarında iki dəst “Hard” təkəri var. Qırmızı bayraqlar rejimi elan olunarsa , onlar bundan faydalana bilərlər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp