Futbol üzrə Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Dnepr-1”-i qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Nağıyev bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

“İnqulets” hazırda 26 xalla 16 kollektiv arasında 10-cu sırada qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp