İspaniyanın “Xetafe” komandasının yeni baş məşqçisi məlum olub.

Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi sabiq baş məşqçisi Xose Bordalasa tapşırılıb.

59 yaşlı mütəxəssis köhnə-yeni klubu ilə bu mövsümün sonuna kimi anlaşıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Kike Sançes Floresi əvəz edib.

Xatırladaq ki, Bordalas daha öncə 2016-2021-ci illər aralığında da “Xetafe”yə rəhbərlik etmişdi.

“Xetafe” bu mövsüm La Liqada 31 oyuna topladığı 31 xalla 18-ci sıradadır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp