Almaniya Bundesliqasında 30-cu tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.
“Bayern” “Herta”nı qəbul edib və inamlı qələbəyə sevinib. Nəticədə Münhen təmsilçisi Dortmund “Borussiya”sının xal itkisindən maksimum yararlanaraq zirvəyə yüksəlib.
“Volfsburq” isə “Maynts”la ev oyununda darmadağına sevinib.
Hazırda 62 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 61 xalla ikinci, “Union Berlin” 56 xalla üçüncü pillədə qərarlaşıb. “Frayburq” 56, “Leypsiq” 54, “Bayer” 48 xal toplayıb.
Almaniya Bundesliqası
30-cu tur
28 aprel
Bohum – Borussiya (Dortmund) 1:1
Qol: Losilla, 5 – Adeyemi, 7.
29 aprel
Ayntraxt – Auqsburq 1:1
Qol: Rexbeçay, 25-öz qapısına – Demiroviç, 58.
Köln – Frayburq 0:1
Qol: Doan, 54.
Leypsiq – Hoffenhaym 1:0
Qol: Nkunku, 28.
Ştutqart – Borussiya (Mönhenqladbax) 2:1
Qol: Jirassi, 22. Kulibali, 83-pen – Vayql, 78.
Union Berlin – Bayer 0:0
Şalke – Verder 2:1
Qol: Van den Berq, 81. Draksler, 90+2 – Dukş, 18.
30 aprel
Bayern – Herta 2:0
Qol: Qnabri, 69. Koman, 79.
Volfsburq – Maynts 3:0
Qol: Vind, 5; 28. Bornau, 14.