“Neftçi”nin sabiq hücumçusu Julius Vobay hazırkı baş məşqçi Laurentsiu Regekampfın postunda qalmasını istəyir. 2012-2015-ci illərdə paytaxt təmsilçisinin formasını geymiş syerra-leoneli rumın mütəxəssisə vaxt verilməli olduğunu düşünür.
“Neftçi”ni izlədiyini deyən Vobay komandanın çempionluq yarışından kənar qalmasının səbəbini qeyri-sabitlikdə görür: “Neftçi” heç vaxt 3-cü yerlə barışmamalıdır. Yadımdadır, bizim vaxtımızda hətta 2-ci yeri tutanda belə, azarkeşlər razı qalmırdılar. Hər il dəyişiklik edirsənsə və sonda uğursuzluğa düçar olursansa, deməli, bunu davam etdirməyin mənası yoxdur. Eyni kollektivə güvənmək gec-tez səni uğura daşıyacaq”.
Vobay finala yüksələn “Neftçi”nin titulu qazanacağına ümid edir: “Neftçi” finala yüksəlməyə daha layiq idi. Kuboku qazansalar, Premyer Liqadakı uğursuzluğa görə komanda tənqiddən qurtula bilər. Yəqin ki, baş məşqçinin taleyi də “Qəbələ” ilə final matçından asılı olacaq. “Neftçi” sıradan bir komanda deyil. Orada uğurlu olmağa məhkumsan. Regekampf postunda qalmalıdır. Hər uğursuz nəticədən sonra baş məşqçi dəyişsən, heç cür uğur əldə edə bilməzsən. “Neftçi” illərdir məhz bunun acısını çəkir. İndiki baş məşqçiyə daha bir mövsüm şans vermək lazımdır”.