Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında “Çempionlar” turnirinə start verilib.
Futbolinfo.az xəbər verir ki, yarışın ilk günündə 4️ güləşçimiz fəxri kürsüyə qalxıb.
Qadın güləşində Ruzanna Məmmədova (55 kq), sərbəst güləşdə isə Ruslan Abdullayev (57 kq) gümüş medal qazanıb.
Digər sərbəst güləşçilərimizdən Cavidan Əhmədovla (70 kq) Zəfər Əliyev (97 kq) isə bürünc medal əldə edib.
Qeyd edək ki, ənənəvi turnir mayın 2-dək davam edəcək.