Azərbaycanın stolüstü tennisçiləri Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirinin son günündə daha 3 medal qazanıblar.

Futbolinfo.az xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın şəxsi turnirində Xorvatiya, Sloveniya, Serbiya və Yunanıstan idmançılarına qalib gələn U-13 millimizin üzvü Onur Quluzadə yarımfinalda almaniyalı rəqibinə 2:3 hesabı ilə uduzaraq bürünc mükafata layiq görülüb.

Yağmur Məmmədli – Xədicə Eylazova, Onur Quluzadə – Tunar Bağırov tandemi isə qoşa yarışlarda 3-cü yeri tutub.

Xatıradaq ki, yarışın ilk günlərində mübarizə aparan U-13 seçməmiz komanda yarışında da gümüş mükafata sahib çıxmışdı.

Shares: