“Çelsi” yeni baş məşqçi təyinatı üçün son addımlarını atır. Qrem Potterin istefasindan sonra müvəqqəti olaraq Frank Lemparda tapşırılan komanda tezliklə daiami çalışdırıcısına qovuşacaq.

Futbolinfo.az xəbər verir ki, namizədlərin ələnməsindən sonra posta əsas iddiaçı kimi qalan Mauritsio Poçettino ilə danışıqlar həlledici mərhələdədir. Tərəflər son detalları dəqiqləşdirir. Bu həftə bütün xırda nüanslar dəqiqləşdirilməlidir. Klub rəhbərliyi Los Ancelesdəki yekun müzakirələrdən sonra argentinalı ilə yola davam etməyi dəqiqləşdirib.

Ötən ilin yayında PSJ-dən ayrıldıqdan sonra işsiz olan Poçettino bir an öncə imza atmaq istəyir. 51 yaşlı məşqçi “Real və “Tottenhem”dən də dəvət gözləyir, amma ilk öncə “zadəganlar”la danışıqları yekunlaşdırmaq niyyətindədir.

Shares: