İtaliya Kubokunda mübarizəni yarımfinalda dayandıran “Yuventus” A Seriyasında da xallar itirir. Və bu, baş məşqçi Massimiliano Alleqrinin kreslosunu laxladır. Hər keçən gün məşqçinin istefaya göndəriləcəyi ilə bağlı xəbərlər artır.

Futbolinfo.az xəbər verir ki, ötən günlərdə Alleqri özü heç hara getməyəcəyini bildirmişdi. Dünən isə klubun rəsmilərindən Françesko Kalvo bu barədə dünışıb: “Alleqrinin postunda qalacağı tamamilə aydındır. O, baş məşqçimiz olaraq qalacaq. 4 illik müqavilə bağlamışıq və bu müddətin hətta yarısına çatmamışıq. 11 kubok qazanan, Çempionlar Liqasının finalına 2 dəfə vəsiqə qazanan təcrübəli məşqini yola salmağı düşünmürük”.

Xatırladaq ki, İtaliya mətbuatında son günlər Alleqrini Zinəddin Zidanın əvəzləyəcəyi barədə xəbərlər çoxalıb.

Shares: