“Arsenal” daha bir yarımmüdafiəçiyə elçi düşüb. Premyer Liqada zirvə yarışında böyük zərbə alan londonlular indidən gələn mövsümü düşünür və heyəti gücləndirmək üçün bütün imkanlarını səfərbər edib.

Futbolinfo.az Britaniya mətbuatına istinadla xəbər verir ki, növbəti hədəf “Renn”in yarımmüdafiəçisi Lovro Mayerdir. “Daily Mail”in yazdığına görə, Xorvatiya millinin üzvü üçün “Liverpul”la rəqib olan “topçular” mövsüüm bitən kimi Fransa klubuna rəsmi təklif göndərəcək.

25 yaşlı oyunçu “Renn”ə 2 il öncə Zaqreb “Dinamo”sundan 12 milyon avroya transfer olunub. Onun fransızlarla daha 4 illik anlaşması olsa da, 20 milyon avro adöməklə keçidi həll etmək mümkündür.

Shares: