Daha iki ölkədə çempion bəlli olub. İsveçrə və Xorvatiyada mövsümün qalibləri yarış bitmədən müəyyənləşib.
“Yanq Boyz” İsveçrə çempionatının 2022/23 mövsümünün qalibi olub. Rafael Vikkinin komandası 31-ci turda “Lüsern”i məğlub edərək (5:1) xallarının sayını 64-ə çatdırıb. “Yanq Boyz” sona 5 tur qalmış ən yaxın izləyicisini 18 xal qabaqlayır. Bununla da “Yanq Boyz” çempionluğu rəsmiləşdirib.
Bern klubu tarixində 16-cı, son 6 ildə isə 5-ci dəfə bu yarışın qalibi olub.
“Dinamo” isə Xorvatiyada erkən sevinib. 32-ci turda səfərdə “Hayduk”la heç-heçə edən komanda sona 4 tur qalmış qızıl medalları təmin edib. Aktivində 71 xal olan Zaqreb təmsilçisi ən yaxın izləyicisi “Hayduk”u 12 xal qabaqlayır.
“Dinamo” ardıcıl 6-cı, ümumilikdə isə 24-cü dəfə Xorvatiya çempionu olub.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli müqavilə ilə “Dinamo”ya məxsusdur. O, hazırda icarə əsasında Türkiyənin “Konyaspor” klubunda çıxış edir.