21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iyun ayında iki yoldaşlıq oyunu keçirəcək. Futbolinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Samir Əliyevin komandası Türkiyə və Qırğızıstanla qarşılaşacaq.
Türkiyə ilə oyun iyunun 17-də İstanbulda, Qırğızıstanla görüş isə 3 gün sonra Bakıda olacaq.