Sadio Manenin İngiltərəyə qayıtmaq üçün daha bir variantı ortaua çıxıb. Seneqallı hücumçu ilə indi də “Çelsi” maraqlanır.

Futbolinfo.az xəbər verir ki, “Bayern”in ötən yay “Liverpul”dan transfer etdiyi təcrübəli futbolçu Münhendə xoşbəxt deyil. Məşqçilərlə tez-tez münqaişəyə girən 31 yaşlı oyunçu komanda yoldaşı Leroy Sane ilə əlbəyaxa olmasıyla da diqqət mərkzinə düşmüşdü. Bütün bu insidentlərdən sonra həm klub rəhbərliyi, həm də oyun tərzi taktiki sxeminə uyğun gəlməyən baş məşqçi Tomas Tuhel onun göndərilməsini düşünür.

Son vaxtlar Manenin “Liverpul”a mümkün dönüşü müzakirə mövzusu idi. Mersisaydlılar satdığından daha az pul xərcləməklə 6 il xidmətinən yararlandığı Sadionu geri qaytarmaq niyyətinə düşmüşdü. İndi isə “Çelsi” də futbolçunun transferi ilə maraqlanmağa başlayıb. Lakin qərar yayda veriləcək. Münhenlilər bütün təkliflərə baxıb ən uyğununu seçmək niyyətindədir.

Shares: