Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində qızlar arasında voleybol turniri keçirilib. Yarışın təşkilində məqsəd şəhərdə voleybola marağı artırmaq, idmanın bu növü üzrə istedadlı gənc qızların üzə çıxmasına şərait yaratmaqdır.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə birinci yeri Mingəçevir Dövlət Universitetin komandası tutub. Növbəti pillələrdə isə Uşaq Gənclər İdman Şahmat Məktəbinin və Turizm kollecinin kollektivləri qərarlaşıblar.
Qalib komandalara Baş İdarə tərəfindən diplom və medallar təqdim edilib.
BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR