“Kəpəz”in yarımmüdafiəçisi Fərid Nəbiyevin futbolinfo.az saytına müsahibəsi
– Son matçda “Sumqayıt”a məğlub oldunuz. Ardıcıl uğurlu oyunlardan sonra bu nəticə gözlənilməz deyilmi?
– Əlimizdə düşən qol epizodlarını dəyərləndirə bilmədik. Fikrimcə, məğlubiyyətin səbəbi budur. Əgər fürsətlərimizi boşa verməsəydik, hər şey başqa cür olardı.
– Düşünürsən ki, bu matçda itirilən xallar böyük itkidir?
– Əlbəttə, bizim üçün hər xal itkisi çox pisdir. Həm turnir cədvəli baxımından, həm liqada qalmaq baxımından çətindir. Belə oyunlarda qələbə qazanmaq lazımdır.
– Oyunda vurulan qol çox mübahisələrə yol açdı…
– Qol qərarl yanlış idi. Baş hakim görməyə bilər, amma VAR-da oturanlar ona deməli idi. Bu, bizə qarşı verilən ilk yanlış qərar deyil. Bilmirəm ki, səbəb nədir?
– Matçdan sonra hakimə etiraz etdiniz?
– Bilirsiz, artıq yorulmuşuq. Bu barədə danışmaqdan bezmişik. Baş hakim əgər oyunda bir futbolçunu 3-4 dəfə vuran rəqibə sarı vərəqə vermirsə, deməyə söz tapmırsan. Bizim “Qarabağ”la oyunumuzda qapımıza verilən penalti epizodunun eynisi bu matçda da baş verdi, amma hakim heç VAR-a çağırılmadı.
– Bu cür qərarların nə qaynaqlanmandığını düşünürsən?
– Onu yəqin ki, başqaları daha yaxşı bilər.
– Sona 4 tur qalıb və sizi ağır oyunlar gözləyir. Hakimlərin verdiyi yanlış qərarlar komandanın motivasiyasına pis təsir etməyəcək?
– Onsuz da indiyə qədər hakimlər etdiyini edib. Bundan sonra da nəsə etsələr, çox şey dəyişməyəcək. Biz çalışıb özümüz bu oyunlardan xallar götürməliyik. Gücümüz var və bacaracağımıza inanırıq.
– Qarşıda “Sabah”la ağır oyun var. Bu rəqiblə matçda bir xal yaxşı nəticə sayılacaq, yoxsa qalib gələ biləcəksiz?
– Hər şey mümkündür. Niyə də qələbə qazanmayaq? Hər şey özümüzdən asılıdır. Bizim üçün indi hər xalın önəmi böyükdür.
FƏRİD