“Zirə”nin futbolçusu Donald Geryenin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən məhkəməyə verildiyini yazmışdıq. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, haitili müdafiəçinin vergi borcu sübuta yetirilib.

Belə ki, futbolçunun vergi borcunun məbləği 20 min manat civarındadır. Borcun yaranmasına onun çıxış etdiyi klubların (“Qarabağ”, “Neftçi” və “Zirə”), yoxsa özünün səbəbkar olduğunu dəqiqləşdirə bilmədik. Amma məbləğ ödənənə kimi Geryenin ölkədən çıxışına məhdudiyyət qoyulub. Futbolçunun özünə borcun necə yaranması barədə bilgi verilib və problemi aradan qaldırmağa çalışır.

Qeyd edək ki, futbolçunun oynadığı bütün klublar vergi borcunun yaranmasına görə özlərini günahkar saymırlar. Onlar ödənişlərin vaxtında edildiyinə dair sənədlərin əllərində olduğunu vurğulayır.

Shares: