“Mançester Yunayted”in yarımmüdafiəçisi Donni van de Bek sağalmaq üzrədir. Zədə üzündən mövsümü erkən başa vurduğu deyilən niderlandlı müalicəsini davam etdirir.
Futbolçu durumu ilə bağlı bunları deyib: “Bərpa prosesi yaxşı gedir. Müalicəmlə məşğulam. Nə vaxt qayıdacağımı bilmirəm, dəqiq tarix bəlli deyil. Hazırda daha çox zalda məşq edirəm, yaşıl meydanda hazırlığımın başlamasına az qalıb”.
Donni komanda yoldaşlarına kömək etmək istəyir: “Yoldaşlarımla bir yerdə olmaq istəyirəm. Ancaq durumum elədir ki, səbr etməliyəm. Gücüm onları kənardan dəstəkləməyə çatır. Komanda yoldaşlarım durumuma biganə deyil, vəziyyətimlə maraqlanırlar”.
23 yaşlı yarımmüdafiəçi ötən ilin noyabrında “Sauthempton”la matçda sıradan çıxıb.