Deyan Stankoviç istefa verib. “Sampdoriya”nın baş məşqçisi qərarını dünən açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, serb mütəxəssis “Fiorentina”ya səfərdə 0:5 hesabı ilə uduzduqları oyundan sonra postunu tərk etdiyini bildirib. O, fayda verə bilmədiyi yerdə qalmaq istəmədiyini deyib, komandaya uğurlar arzulayıb.

Lakin Genuya klubunun rəhbərliyi Stankoviçi fikrindən daşındırmağa çalışır. Onlar uğursuz nəticənin məşqçinin günahı olmadığı düşüncəsindədir.

“Sampdoriya” A Seriyasında sona 6 tur qalmış sonuncu – 20-ci pillədədir. 17-ci yerdəki komandadan 10 xal geri qalan komandanın liqanı tərk edəcəyi demək olar, dəqiqləşib. Stankoviç ötən yay genuyalılara baş məşqçi təyin edildiyindən nəticələrə görə birbaşa cavabdehlik daşıyır. Ancaq görünür, müqaviləsi gələn ay başa çatacaq mütəxəssis B Seriyasında işləmək niyyətində olmadığından indi postundan ayrılır.

Shares: