Allan Sen-Maksimen tezliklə “Nyukasl”ı tərk edəcək. Klubda layiq olduğu dəyəri görmədiyini düşünəən futbolçu yayda iş yerini dəyişəcək.
Futbolinfo.az xəbər verir ki, “Tottenhem” fürsətdən yararlanmaq niyyətindədir. Londonlular mövsüm başa çatan kimi futbolçuya dəvət göndərəcək. 35 milyon avro qiyməti olan 26 yaşlı fransalı şəxsi müqaviləsi ilə bağlı ilkin müzakirələr aparıb və keçidin əleyhinə deyil.
2019-cu ildə “Nitsa”dan 18 milyon avroya transfer olunan sol cinah hücumçusunun “sağsağanlar”la daha 3 illik müqaviləsi var.