Bu gün Türkiyənin Antalya şəhərində çimərlik futbolu üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma 4:3 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb.

Millimizin heyətində Sabir Allahquliyev, Comərd Baxşəliyev və Orxan Məmmədov fərqlənib.

Bu komandalar arasında növbəti oyun sabah – mayın 4-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp