Sebastyan Fettel Qudvudda təşkil ediləcək sürət festivalında Formula 1 bolidinin sükanı arxasına keçəcək. Tədbir 13-16 iyul aralığında baş tutmalıdır.

“Red Bull”, “Ferrari” və “Aston Martin”in keçmiş sürücüsü Qudvudda öz şəxsi kolleksiyasında olan bir neçə maşında sürətini nümayiş etdirəcək. Onlar arasında Naycel Menselin “Williams” FW14B  və Ayrton Sennanın “McLaren” MP4/8-də çempion olduğu boldilər də var. Dördqat dünya çempionunun kolleksiyasında olan digər avtomobillər isə festivalda adi qaydada nümayiş etdiriləcək.

Bundan başqa Sebastyan Fettel sürət sənayesində təbii yanacağa alternativlərdən də mühazirə oxuyacaq: “Üstündən bu qədər vaxt keçdikdən sonra Qudvuda dönmək çox gözəldir. Səbrsizliklə həmin günü gözləyirəm. Ekoloji yanacaqla hərəkət edən maşınların sükanı arxasına oturmaq çox xoşdur. Sürət mənim qanımdadır. Əfsanəvi bolidləri idarə etmək çox məsuliyyətli işdir. Buna diqqətlə yanaşmaq lazımdır”.

3d1e33b4 ebec 41d5 9da2 69958d2c1c38 - Futbolinfo.az
da423ec7 ea59 4c47 b96c 07ce8353d456 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp