“Tottenhem” də Yulian Naqelsmannla anlaşa bilməyib. “Çelsi” ilə müzakirələri dayandıran alman məşqçi London klubu ilə də ortaq məxrəcə gəlməyib. Tərəflər komanda quruculuğunda fikir ayrılığı yaşayıb.

Futbolinfo.az xəbər verir ki, “Bayern”in sabiq baş məşqçisinin siyahıdan çıxması Xabi Alonsoya şans yaradıb. “Bayer”ə uğurla rəhbərlik edən ispan çalışdırıcı görüşmək üçün təklif alıb. Leverkuzen klubunun çalışdırıcısı razılıq versə, “Tottenhem” rəhbərliyi onun stəklərini dinləyəcək.

Alonso hələ ki, qərar verməyib. O, “Bayer”də işini davam etdirmək və arzusunda olduğu “Real”a dəvət almaq niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp