AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 32-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Sumqayıt” oyununda rəqib futbolçuların ünvanına “Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələrin işlədilməsinə görə “Kəpəz” klubu 4000 manat cərimə edilib. “Kəpəz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz” klubu 1600 manat cərimə edilib.

“Sabah” – “Şamaxı” oyununda “Sabah”ın baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 800 manat cərimə edilib. Oyun bitdikdən sonra “Sabah”ın məşqçisi Vitali Kovalyov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə edilib. Meydançaya kənar əşya atıldığına görə “Sabah” klubu 1600 manat cərimə edilib.

“Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

“Neftçi” – “Qarabağ” oyununda “Neftçi”nin futbolçusu Voyislav Stankoviç təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə edilib. “Neftçi” azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Neftçi” klubu 1600 manat cərimə edilib. “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə “Neftçi” klubu 4000 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilib. “Qarabağ” azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Qarabağ” klubu 1600 manat cərimə edilib. “Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə “Qarabağ” klubu 4000 manat cərimə edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp