Lionel Messi bu gedişlə yenə Kriştianu Ronaldoya rəqib olacaq. PSJ ilə problem yaşayan argentinalının “Barselona”ya dönüşü də çətin gprünür. İspaniya nəhəngi maliyyə problemləri üzündən əfsanəsini geri qaytarmaq gücündə deyil.

Futbolinfo.az xəbər verir ki, başqa seçimi qalmayan Messi Ronaldo kimi Səudiyyə Ərəbistanına üz tuta bilər. Bu ölkənin “Əl Hilal” klubu növbəti dəfə Leoya təklif göndərib. Ərəblər fürsətdən istifadə edib onu transfer etməyə çalışır.

Yaxınlarda Səudyyə Ərəbistanına səfər edən Messi bu ölkənin turizm səfiri kimi çəkilişlərdə iştirak edib. PSJ ilə problemlərin ortaya çıxmasına səbəb olan səfər zamanı “Əl Hilal” rəhbərliyi Messiyə illik 400 milyon avro maaşın nəzərdə tutulduğu müqavilə  təklif edib.

Argentinalı ulduz qərar vermək üçün yayı gözləyir. Həmin vaxt “Barselona”nın da durumu bəlli olacaq. Üstəlik, MLS klubları da Messiyə biganə deyil.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp