Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun taleyinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, 33 yaşlı futbolçu növbəti mövsümü də hazırkı komandası “Ersgebirge”də keçirəcək.

Almaniyanın 3-cü Bundesliqasında çıxış edən Aue təmsilçisi aparıcı futbolçusu ilə yeni müqavilənin şərtlərini razılaşdırıb. Bu ildən “Ersgebirge”də idman direktoru kimi fəaliyyət göstərən Mattias Heydrix millimizin üzvü ilə uzun müddətdir apardığı danışığı müsbət yekunlaşdırdığını bildirib. Klub rəsmisi artıq digər oyunçularla danışığa başladıqlarını vurğulayıb.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Ersgebirge”nin formasını geyinir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp